AZ

“3+3”ün İstanbul görüşündə hansı məsələlər müzakirə olunacaq? – Sergey Markovdan ÖZƏL AÇIQLAMA

“Zəngəzur dəhlizi təbii ki, “3+3” formatında həllini tapacaq ən mühüm məsələlərdən biridir. Ümumiyyətlə, 3+3 kimi formatlar həm regiondaxili problemlərin həlli, həm də müxtəlif ölkələrin iştirak etdiyi regional layihələrin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

İstanbul görüşündə əsas müzakirə mövzusu nə olacaq?

Bu gün İstanbulda keçiriləcək "3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclasından gözləntilər barəsində danışan Markov, əsas müzakirə predmetinin Zəngəzur dəhlizi olacağını deyib:

“Bir neçə ölkənin daxil olduğu regional nəqliyyat dəhlizləri təbii ki, 3+3 kimi regional formatlar üçün prioritet layihələrdən biridir. Bu nəqliyyat dəhlizləri arasında ən strateji əhəmiyyətə malik olan, təkcə Azərbaycanı Naxçıvanla birləşdirən dəhliz deyil. Zəngəzur dəhlizi həm də Azərbaycanın strateji müttəfiqlərini birləşdirəcək. Bundan əlavə, Rusiyanın Aralıq dənizinə quru çıxışı olacaq.


Ümumilikdə isə 3+3 formatı idealdır. Bu platforma Cənubi Qafqazın üç əsas ölkəsi və Cənubi Qafqazla həmsərhəd olan üç böyük regional gücün birləşməsidir. Gələcəkdə bu platforma təkcə nəqliyyat dəhlizləri deyil, həm də azad ticarət zonasının bir növ analoqu ola bilər”, - deyə S.Markov qeyd edib.

Markov əlavə edib ki, 3+3 formatı həm də Qərbdən asılılığı azaltmaqla, azad iqtisadiyyat qurmaq baxımından önəmlidir.

Çünki 3+3 ölkələrinin bəziləri hələ də Qərbdən asılıdır:

“Qərb dövlətinin marağı çox sadədir: bölücülük və güc. Qərb ölkələrə öz suverenliklərini həyata keçirmək və regional problemləri müstəqil həll etmək imkanı verməməkdə maraqlıdır. Qərb bu bölgələrə girərək ərazidən bəhrələnmək və imperialist resurslarından və təcrübəsindən istifadə edərək hər yerdə ölkələri istismar etmək istəyir. Bu səbəbdən 3+3 formatı tədricən formalaşmalıdır. Rusiya ilə Türkiyənin çox yaxşı münasibətləri var. Ona görə də bu, strateji tərəfdaşlıq üçlüyüdür. Gələcəkdə Rusiya, Türkiyə, Azərbaycan tərəfaşlığı formalaşa bilər. Bu tərəfdaşlıq digər bir çox ölkəyə də öncüllük edə bilər”.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
45
50
bizim.media

10Mənbələr