AZ

Fətullah Gülən və digər şəxslərin məhvi üçün ayrılan mükafatın məbləği artırılıb

Fətullah

Türkiyə Daxili İşlər Nazirliyi terrorla mübarizə üçün mükafat fondunun məbləğini artırıb.

Reyting.az
xəbər verir ki, qırmızı siyahıda olan hər bir terrorçu üçün mükafat məbləği 10 milyon lirədən 20 milyon lirəyə qaldırılıb.

DİN tərəfindən 5 fərqli rəng kateqoriyasında pul mükafatı ilə axtarılan terrorçu şübhəlilərin rəng kateqoriyası 4-ə endirilib. Qırmızı siyahıdakı bütün mükafatlar 20 milyon lirəyə yüksəldilib. 3 milyonluq mükafat ayrılan mavi siyahı ləğv edilib, əvəzində 8 milyona lirəlik narıncı siyahı tərtib olunub. Eyni zamanda, 2 milyonluq yaşıl siyahı ləğv edilib və bu kateqoriyada axtarılan terrorçular 4 milyon lirəlik mükafat təklif edilən sarı kateqoriyaya daxil ediliblər. Boz kateqoriyada axtarılan terrorçular üçün 500 min lirə mükafat məbləği 2 milyona yüksəldilib.



Qeyd edək ki, ən kritik adlar qırmızı siyahıdadır. 20 milyona qaldırılan qırmızı kateqoriyada FETÖ lideri Fətullah Gülən, Rəşit Haylamaz və Adil Öksüzün adları yer alıb. Eyni zamanda bu kateqoriyada PKK terror təşkilatından Murat Karayılan, Cəmil Bayık, Duran Kalkan, “Hizbullah” terror təşkilatının lideri Edip Gümüş kimi adlar var.

V. QULİYEV
Seçilən
16
1
reyting.az

10Mənbələr