AZ

Bu müəllimlər işdən çıxarılacaq?

Bu gün ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçirilir.

Publika.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.

Ümumilikdə prosesdə azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

O bildirib ki, diaqnostik qiymətləndirmə ilə bağlı ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə daha əvvəl maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Seçilən
53
30
publika.az

10Mənbələr