AZ

Şolts “Taurus” raketlərinin Ukraynaya mümkün tədarükünü səhv addım adlandırıb

Almaniya kansleri Olaf Şolts “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya tədarükünü yanlış yanaşma adlandırıb və münaqişənin gərginləşməsinə töhfə verəcək “müəyyən silahları” ötürməyəcəyini bildirib.

APA xəbər verir ki, o bunu ZDF telekanalına müsahibəsi zamanı deyib.

“Taurus” raketlərinin təchizatı ilə bağlı mövqeyim aydındır. Düşünürəm ki, bu, yanlışdır”, - deyə o bildirib.

Bundan bqşa “Hər şeyi ölçüb-biçmək lazımdır. Bu, Almaniyada hər kəsin güvənə biləcəyi bir şeydir. Buna görə də mən eskalasiyaya töhfə verəcəyini düşündüyüm bəzi silahları tədarük etməyəcəyəm” deyən hökumət başçısı tələsik qərar verməyəcəyini vurğulayıb.

Seçilən
65
4
apa.az

10Mənbələr