AZ

İran Prezidenti İsrailə "balanslı və düşünülmüş" CAVAB VƏD ETDİ

İsrailin ölkə ərazisinə endirdiyi zərbədən sonra İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki səhifəsində Tehranın düşmənlərinə düşünülmüş cavab vəd edib.

Publika.az xəbər verir ki, siyasətçi canlarını fəda edən İran ordusu əsgərlərinə və yaxınlarına başsağlığı verib.

"İranın düşmənləri bilməlidir ki, xalqı qorxmadan öz torpaqlarını müdafiə edəcək. İranın istənilən axmaqlığa cavabı balanslı və düşünülmüş olacaq", – Pezeşkian yazıb.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib.

Seçilən
90
33
publika.az

10Mənbələr