AZ

"İsrailin İrana zərbəsi acı nəticələrə səbəb olacaq" - SEPAH komandanı

“İsrailin İran ərazisinə zərbə endirməsi Tel-Əviv üçün acı nəticələrə səbəb olacaq. 

Missiya.Az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami deyib.

“Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində məqsədlərinə çata bilməyən qatil İsrailin qanunsuz hərəkətləri bu rejimin döyüş meydanındakı səhv hesabını və çarəsizliyini göstərir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirmişdi.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
101
35
missiya.az

10Mənbələr