AZ

Ər arvadını müalicə aldığı xəstəxananın mühafizəçisi ilə palatada tutdu, bağışladı amma... / VİDEO

Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Elşad qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Xəyaləni qətlə yetirib. 

Referans.az xəbər verir ki, Elşad rəsmi nikahda olduğu Xəyalənin ona xəyanət etdiyini öyrənib. Bundan sonra Xəyalə ərindən ailədaxili münaqişələr zəminində şiddət görən qadınlar üçün nəzərdə tutulmuş sığınacağa yerləşdirilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Elşad deyib ki: "Təxminən 5 ay əvvəl Xəyalə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından xəstəxanada əməliyyat olundu. Əməliyyatdan əvvəl Xəyalə artıq bir həftə idi ki, xəstəxanada qalırdı. Zəif olduğundan həkim ilk olaraq müalicə almağı, sonra əməliyyat olunmağını tövsiyə etdi.

Əməliyyatdan əvvəl xəstəxanada olarkən, ərzaq alıb Xəyalənin yanına getdim. Palataya daxil olanda xəstəxananın mühafizəçisi Fərhadla onu öpüşən vəziyyətdə gördüm. Fərhad dərhal palatadan qaçdı. Xəyalə isə səhv hərəkət etdiyini dedi, uşaqlara görə onu bağışlamağımı istədi. Mən Daxili İşlər Nazirliyinə məlumat verdim. Məlumat əsasında Xəzər Rayon P*lis İdarəsinin 1-ci Polis Şöbəsində izahatımız da alındı.

Sonra Xəyalə əməliyyat olundu və evimizə getdik. Uşaqların xətrinə arvadımı bağışladım və ona mobil telefon işlətməyi qadağan etdim. Lakin aramızda mübahisələr olduğundan Xəyalə yenə Bərdəyə atası evində getdi. Təxminən bir həftə sonra Xəyalə əlaqə ilə saxladım, uşaqları görmək istədiyimi dedim.

Xəyalə ona mobil telefon alsam, mənimlə barışacağını bildirdi. Mən də ona mobil telefon alıb, Bərdəyə getdim və Xəyaləni evə gətirdim. Təxminən 3 ay keçdi, sakitçilik oldu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Xəyalənin telefonunu götürərək yoxlayanda onun başqa nömrədə “Whatsapp” proqramından istifadə etdiyini görüb: “Oraya girəndə Xəyalənin bir oğlanla yazışdığını, həmin oğlana çılpaq şəkildə çox sayda şəkil, videolar atdığını gördüm.

Xəyalə əvvəlcə hər şeyi inkar etdi. Sonra uşaqların xətrinə onu bağışlamağımı istədi. Həmin oğlanın adını dəqiq xatırlamıram. Lakin Xəyalə mənimlə evlənməmişdən əvvəl o oğlanla sevgili olduqlarını, bir-birini istədiklərini, lakin ailəsinin razı olmadığını, həmin oğlan ilə bir neçə dəfə təbii yolla c*nsi əlaqədə olduqlarını dedi".


Daha ətraflı videoda:



Seçilən
73
10
referans.az

9Mənbələr