AZ

"Qızıl top"da qalmaqal: "Real" Vinisiusa görə ona təzyiq edib

Ötən gecə Parisdə "Qızıl top"un mükafatlandırma mərasimi baş tutub.

Publika.az xəbər verir ki, ali mükafatın təsisçisi olan "France Football"un baş redaktoru Vincent Qarsiya qalmaqallı açıqlama verib. O, mərasimdən əvvəl qalibin kim olduğunu bilmək istəyən "Real" klubunun təzyiqi ilə izləşdiyini deyib:

"Real" Vinisiusun qalib olub-olmadığını öyrənmək üçün mənə təzyiq edirdi. Ola bilsin ki, susmağıma görə Vininin uduzduğunu düşündülər. Buna görə də görünmədilər. Mən xoşagəlməz bir şəkildə təəccüblənirəm, amma bu barədə danışmaqla gecəni keçirmək istəmirəm”.

Qeyd edək ki, tədbirdən əvvəl gün ərzində mətbuatda Vinisius Juniorun mükafatı qazandığı və səsvermənin nəticələrinin əks olunduğu fotolar yaylmışdı.

Seçilən
50
publika.az

1Mənbələr