Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununu keçirib.
QOL.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. Vizelada oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edib. Matçda Azərbaycan millisi 0:4 hesabı ilə uduzub.
Bakıda keçirilən ilk oyunda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanıb. Portuqaliya ümumi nəticədə 8:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
29 oktyabr
23:45. Portuqaliya - Azərbaycan - 4:0
Qollar: Diana Silva, 15, 26, Dolores Silva, 57, Fatima Pintu, 86
Hakimlər: Shona Shukrula, Martina Boer, Ashley de Haan, Julia Van Es (Niderland)
Vizela stadionu.