Bakı. Trend:
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qayaparçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsininaradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindənmüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Trend xəbər verir ki, bubarədə Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgəməlumatında deyilir.
"Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsizhərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəviyolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılabilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyəanlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərləəlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur", -məlumatda deyilir.
Qeyd edək ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qayaparçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsiyaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi XüsusiRiskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərəkaidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirləriningörülməsi təmin edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarlakoordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidəngötürülməsi istiqamətində zəruri tədbirlər görür.