AZ

Portuqaliya millisinin baş məşqçisi: "Azərbaycan inkişafın ilkin mərhələsindədi"

Portuqaliyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Fransisko Neto AVRO-2022-nin seçmə mərhələsinin 1-ci mərhələsinin cavab oyununda Azərbaycan yığması üzərində Vizelada qazandıqları qələbəni (4:0, ilk oyun - 4:1) şərh edib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis millimizi məğlub etməkləri haqda bunları deyib:

“Azərbaycanla oyuna çox ciddi yanaşırdıq. Qadın futbolu hər yerdə sürətlə inkişaf edir. A və B liqalarının komandaları səviyyə baxımından bir-birinə yaxınlaşır. Söhbət 30 komandadan gedir. Qalan 20 ölkə, məsələn, Azərbaycan hələ inkişafın ilkin mərhələsindədir. Matça ciddi yanaşdığımız üçün oyun asan görünə bilərdi”.

saytlarin hazirlanmasi

Seçilən
47
sportal.az

1Mənbələr