AZ

İsveçrəli nazir Trampı Ukraynaya dair mövqeyinə görə dəstəkləyir

İsveçrə Federal Şurasının (hökumət) üzvü, ətraf mühit, nəqliyyat, energetika və kommunikasiyalar naziri Albert Röstinin Donald Trampın ABŞ prezidentliyinə namizədliyini dəstəkləməsi yerli mediada gərgin müzakirələrə səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Tages-Anzeiger” qəzeti məlumat yayıb.

Qəzetin məlumtına görə, bazar ertəsi Bazeldə keçirilən tədbirdə ABŞ prezident seçkilərində kimə üstünlük verəcəyi soruşulduqda, Rösti ictimaiyyətə “sensasiyalı bəyanat şəklində sürpriz” təqdim edib. “Şəxsən mən Trampa daha çox meyl edirəm” deyən nazir respublikaçı namizədin rəqiblərindən daha çox Ukraynaya sülh gətirəcəyinə inandığını qeyd edib.

"O, dörd il ərzində Amerikanı müharibəyə aparmayan yeganə prezidentdir. Ukraynada müharibə davam edə bilməz", - nazir əlavə edib.

Rösti hökumətin yeddi üzvündən biridir. O, parlamentdə ölkənin ən böyük siyasi qüvvəsini - 2016-2020-ci illərdə rəhbərlik etdiyi İsveçrə Xalq Partiyasını təmsil edir. “Tages-Anzeiger” qəzeti Sürixdəki Sotomo tədqiqat institutunun sorğusunun nəticələrinə istinadən bildirir ki, siyasətçinin Trampla bağlı mövqeyini onun partiya üzvlərinin 40%-i bölüşür, respondentlərin 31%-i isə onun Demokratlar partiyasından olan rəqibi, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisi dəstəkləyir. Qalan 29% isə başqa namizədə üstünlük verir.

Musavat.com

Seçilən
76
50
musavat.com

10Mənbələr