AZ

Yunanıstanda quraqlıq yaşanır

Yunanıstan iqlim böhranının təsiri ilə quraqlıqla mübarizə apararkən, Korinf şəhərindəki kranlardan palçıqlı və qurd tərkibli sular axmağa başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mətbuatın məlumatına görə, bəndlərdə suyun səviyyəsinin aşağı düşməsi sağlam suyun kranlara çatmasını çətinləşdirib. Yerli əhali krant suyundan istifadə edə bilmədiklərini və alternativ su mənbələrinə üz tutduqlarını bildiriblər.

Yunanıstan 1960-cı ildə ölçmələr başlayandan bəri ən isti yayı yaşayıb. Yağıntının mövsümi normadan az olması bəndlərdə suyun səviyyəsinin azalmasına səbəb olub. Suyun səviyyəsinin aşağı düşməsi illərdir bəndin altında qalan bir çox tikilinin yenidən üzə çıxmasına səbəb olub. Korinfdəki bu su böhranı iqlim dəyişikliyinin su ehtiyatlarına dağıdıcı təsirlərini bir daha ortaya qoyub.

Seçilən
52
sia.az

1Mənbələr