AZ

Bakı-Qazax yolu "iflic" oldu - hərəkət dayanıb - VİDEO

Bakı-Qazax yolunda böyük tıxac yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda ərazidə maşınların hərəkəti dayanıb.

Hərəkətin hansı səbəbdən dayandığı hələlik bəlli deyil.

Məsələ ilə bağlı BDYPİ-dən Trend-ə bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində Bakı Kənar Dairəvi yolun 6-cı kilometrində uçqun təhlükəsi ilə bağlıdır:

"Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarəıt Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. Yolda hərəkət tam məhdudlaşdırılmayıb".

Qeyd edək ki, bu gün Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilirdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunub.

Milli.Az

Seçilən
107
37
milli.az

10Mənbələr