AZ

Rauf Hacıyev: Enerji transformasiyası Azərbaycanın da gündəliyində mühüm yer tutur

Son illər Azərbaycanda yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb və ciddi nailiyyətlər qazanılıb. 2030-cu ilə qədər Milli Prioritetlərdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu sənəddə ölkəmizin yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin səmərəli idarə olunması və digər konkret ekoloji məsələlər yer alıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.

Nazir müavini qeyd edib ki, yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində duran mühüm məsələlərdən biridir. Yaşıl enerji sahəsində həyata keçirilən layihələr, bu sahədə enerji səmərəliliyi və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi göstəriciləri yüksəlib. Karbohidrogen resursları ilə zəngin olan respublikamızda elektrik enerjisi istehsalında istifadə olunan bərpaolunan enerji mənbələrinin çəkisi artır.

Nazir müavini, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirildiyini vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd”lərin salındığını, ekosistemin bərpa olunduğunu qeyd edib.

Seçilən
65
tehsil.biz

1Mənbələr