AZ

Azərbaycan BMT rəsmisi ilə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair hazırlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-ninTicarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanımRebeka Qrinspan ilə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dairyüksək səviyyəli görüşə hazırlığı müzakirə edib.

Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosialşəbəkəsindəki hesabında bildirib.

"İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü(BICFIT) iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişafməsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsiistiqamətində əhəmiyyətli perspektiv vəd edir.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibixanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimizgörüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair YüksəkSəviyyəli Görüşə hazırlığı müzakirə etdik.

İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəlsektorun potensialından istifadə və qlobal dekarbonizasiyaprosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", -deyə paylaşımda qeyd olunub.

Seçilən
73
5
az.trend.az

8Mənbələr