AZ

AFFA milli üstündə İXTİLAF: “Onlar mənim dostlarımdır, sözümüzü geri götürə bilmərik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçəcək.

U-21 hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşü keçirəcək.

Bu səfər AFFA rəhbərliyində fikir ayrılığı yaradıb. Texniki direktor Cahangir Həsənzadə millinin Belarusa yollanmasının əleyhinə çıxıb.

O, Avropa çempionatının seçmə mərhələsində biabırçı çıxışın futbolçulara pis təsirini və Samir Əliyevin müqavilə müddətinin bitməsini əsas gətirib.

Bildirib ki, bu matçlar komandaya yaxşı mənada heç nə qazandırmayacaq.

İcraçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə bunu bunları başa düşdüyünü, ancaq Belarus Futbol Federasiyası ilə daha öncədən danışıqlar aparıb razılıq əldə etdiklərini söyləyib: «Onlar mənim dostlarımdır. Sözümüzü geri götürə bilmərik».

SPORTİNFO.AZ

Seçilən
79
1
sportinfo.az

2Mənbələr