AZ

Rusiyada 4.1 bal gücündə zəlzələ olub

Rusiyanın Buryatiya Respublikasının şimalında Baykal-Amur magistral xəttinin yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsi bildirib.

Bildirilib ki, zəlzələ Severo-Baykal bölgəsinin Xolodnoye kəndindən 26 km şimal-qərbdə qeydə alınıb. Məlumata əsasən, ərazidə yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal rejimdə işləyir.

Seçilən
52
8
sia.az

10Mənbələr