Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasının heyətində üçüncü qolunu vurub.
"Unikal" xəbər verir ki, 27 yaşlı forvard Almaniya Kuboku çərçivəsində "Hoffenhaym"la keçirilən görüşün 47-ci dəqiqəsində komandasının yeganə topuna imza atıb.
Matç "Nürnberq"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
M.Emreli daha əvvəl II Bundesliqanın IX turunda "Qroyter"ə və X turunda isə "Reqensburq"a qarşı oyunlarda da fərqlənmişdi.