AZ

“Xanımlar eyvandan aşağı zibil atmaq olmaz” - Səma əsəbiləşdi

Teleaparıcı və bloger Səma Abıyeva paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, Səma instaqram səhifəsində yaşadığı binanın sakinlərindən şikayətlənib.

Buna səbəb onların mənzillərinin eyvanından küçəyə atdıqları zibil olub.

Abıyeva hadisəni bu sözlərlə nəql edib:

“İstəyirəm səhəri neqativlə başlayım. Gəlib çatmışıq 2024-ci ilə gördüyünüz bu yaşlı qadınlar küçələrdən zibil yığırlar. Küçəyə tullanan bu zibil kənara qalsın hələ də insanlar öz yaşadıqları evin eyvanından selofan paketdə zibillərini yerə atırlar. Evlərində bəlkə də ən son mobil telefonları, dünyaya çıxış olan internetləri var və hər şeyi öyrənə bilirlər amma hələ də öyrənə bilməyiblər ki, eyvandan aşağı ay xanımlar zibil atmaq olmaz. Bilmirəm bu sözlərimi kimə deyim və hara çıxarım bu əsəbimi. Xanımlarda o zibilləri yerdən toplayaraq bunun muqabilində hər ay maaş alırlar. Onlar bellərini əyə-əyə bu işi görürlər. Küçədə zibil bu zibil olmamalıdır. Küçədə xəzəl, küçə heyvanların tullantıları olmalıdır. Amma bu pişik bir çox adamlardan mədəni, tərbiyəli və təmizkardı. Ayıb olsun belə insanlara”.

Qeyd edək ki, Səma Abiyeva radio və televiziya aparıcısı, avtobloger DJ Tural (Yusifov) ilə ailəlidir. Cütlüyün bir qız və bir oğlan övladı var.

Seçilən
52
olay.az

1Mənbələr