“Buraxılış imtahanlarının tarixini bütün nazirliklər və təşkilatlarla dəqiqləşdirdikdən sonra ilin sonunda elan edəcəyik”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, DİM bu ilin imtahanları ilə əlaqədar olan proqramı sentyabr ayından ictimaiyyətə açıqlayıb:
"Builki yeniliklər buraxılış imtahanında ingilis dilində olan yeniliklərdir”.