Rusiyada mənzil kirayəsi qiymətləri paytaxtda 70%, digər şəhərlərdə isə təxminən 1,5 dəfə artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə DOM.RF Analitik Mərkəzi məlumat verib.
Məlumatda bildirilib ki, 2024-cü ilin üçüncü rübündə kirayə evlərin qiyməti bütün ölkə üzrə ikirəqəmli sürətlə artıb. Nəticədə kirayə qiymətləri tarixi maksimuma çatıb.
Kirayə qiymətləri Moskvada - ayda orta hesabla 111 min rubl, Sankt-Peterburqda - 56 min rubl, qeyri-paytaxt şəhərlərdə - 43 min rubl olub.