AZ

İqlim dəyişikliklərinin mənfi təsirlərinə məruz qalan ən həssas ölkələrdən biri də Azərbaycandır - Vüqar Kərimov

Azərbaycan dünyanın iqlim dəyişikliklərinin mənfi təsirlərinə məruz qalan ən həssas ölkələri siyahısındadır. Bu həssaslıq bizim azalan su ehtiyatlarımızda, seyrəkləşən meşələrimiz və biomüxtəlifliyimizdə müşahidə olunur.

Olaylar xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi" mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.

O bildirib ki, bunun səbəbləri müxtəlifdir.

Nazir müavini vurğulayıb ki, 20-30 il bundan qabaq qlobal iqlim dəyişikliyinin təsirlərindən danışıldıqda dünya alimləri, mütəxəssisləri iki amilə nəzər yetirirdilər:

"Bunlardan biri antropogen təsirləri görən insan fəaliyyəti, digəri isə təbii hadisələrlə bağlıdır. Amma son 100-150 ildə sənayeləşmə səbəbindən istiləşmənin daha intensiv olması, əlbəttə, düşündürür ki, bu, birbaşa antropogen təsirlərlə bağlıdır".

"Bir rəqəmi qeyd edəcəyəm. Müxtəlif tədqiqatlarla sübut olunur ki, son 10 ildə Yer kürəsinin qabığı 1,5-2 dərəcə qızıb. Son 100 ilə yaxın dövrdə Yer qabığının 1,5 dərəcədən çox qızması göstərir ki, burada antropogen təsirlərin rolu çox böyükdür", - deyə V.Kərimov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
83
7
olaylar.az

10Mənbələr