AZ

Saxlanma Mərkəzində saxlanılan əcnəbilər pul baratları göndərə və qəbul edə biləcək

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayanşəxslər tərəfindən bağlama, sovqat, banderol, pul baratlarınınalınması və ya göndərilməsi qaydası müəyyən edilir.

Trend xəbər verir ki, bununlabağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığıolmayan şəxslər say məhdudiyyəti olmadan iş günlərində bağlama,sovqat və banderol almaq və ya göndərmək, həmçinin şəxsi hesablarıvasitəsilə pul baratları almaq və ya göndərmək hüququnamalikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərəqadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədiləsovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə Mərkəzdəsaxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakıilə Mərkəz işçisi tərəfindən baxış keçirilir.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilənsovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalartərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqlagötürülür və Mərkəzin anbarına təhvil verilir, yaxud Mərkəzrəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Protokol vəəşyanın məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin vəvətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə olunur.

Seçilən
24
9
az.trend.az

10Mənbələr