AZ

Əcnəbilərin saxlanma mərkəzlərinə təhlükəsizliyi gücləndirilir

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayanşəxsin şəxsi təhlükəsizlik hüququ ilə bağlı yeni qayda müəyyənedilir.

Trend xəbər verir ki, bununlabağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsinhəyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdəsaxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və yabaşqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, Mərkəzin rəisinətəhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydadamüraciət etmək hüququna malikdir.

Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin vəvətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçündərhal lazımi tədbirlər görməlidir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsinhəyatına və sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzinişçiləri tərəfindən təhlükə yaranarsa, Mərkəzin rəisi belətəhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsintəhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlivə bu barədə müvafiq icra hakimiyyəti orqanınıməlumatlandırmalıdır.

Seçilən
43
3
az.trend.az

6Mənbələr