AZ

Millimizin üzvü Polşada qalacaq? - təkliflər var

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov yeni sezona yeni komandada başlamaq imkanına sahibdir. 

Sportal.az saytına verilən məlumata görə, Polşada "Radomiak" forması geyinən Məmmədova İsveç və Türkiyə klubları maraq göstərir. 

Hər ikisi yüksək liqa təmsilçisi olan klublar Məmmədova yayda onlara qoşulmaq təklifi edib.

"Radomiak"la bu yay müqavilə imzalayan Rahil 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur. Amma öncədən anlaşmaya əsasən, “Radomiak” yüksək liqanı tərk edərsə, Məmmədov azad agent kimi komandadan ayrılacaq və yeni komandaya keçidində problem olmayacaq.

Hazırda azərbaycanlı müdafiəçinin komandası 13 turdan sonra 12 xalla 18 komanda arasında 13-cü pillədədir.

saytlarin hazirlanmasi

Seçilən
81
1
sportal.az

2Mənbələr