AZ

Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlı məsələləri müzakirə edilib

Bakı. Trend:

31 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa,Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri StivenDauti arasında telefon danışığı baş tutub.

XİN-dən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanıiki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regionalvəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusiləenergetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdəəməkdaşlıqdan məmnunluq ifadə edərək, iki ölkə arasında son vaxtlarsiyasi dialoqun intensivləşməsinin, qarşılıqlı səfərlərin, eləcə dəhökumətlərarası əməkdaşlıq komissiyalarının işinin bərpasının yenisahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyibildiriliblər.

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgəmizdədayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdəatılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədəətraflı məlumatlandırıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğusülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu,ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eynizamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan əraziiddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətəçatdırılıb.

Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsindəəməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəşenerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub.

Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğurandigər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
29
10
az.trend.az

10Mənbələr