AZ

Azərbaycan müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir. Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov “Mərakeş Aviaşou 2024” sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif dövlət rəsmilərinin və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər.

Çıxışlardan sonra “Mərakeş Aviaşou 2024” sərgisi ziyarət olunub.

General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.

Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri aparılacaq.

Seçilən
23
28
yeniazerbaycan.com

10Mənbələr