AZ

AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?

AFFA-nın texniki direktoru Cahangir Həsənzadə ciddi tənbehə məruz qalıb.
 
Federasiyanın üst ranqlı şəxsləri ilə toplantıya qatılan funksioner aşağı yaş qrupları üzrə millilərin son illərdəki uğursuz çıxışına görə danlanıb.
 
Ona yığmaların məşqçi korpusları ilə bağlı müxtəlif iradlar tutulub. Həsənzadəyə kurasiyasında olan sahəyə biganə yanaşdığı və «məşqçi karuseli» yaratdığı bildirilib.
 
Texniki direktordan niyə eyni mütəxəssislərə burada çalışmaq imkan verməsi barədə sual ünvanlanıb.
 
«Caqa» ləqəbli keçmiş qapıçı iddia edib ki, ölkədə savadlı məşqçilərin sayı azdır və onların da əksəriyyəti aşağı yaş qrupları üzrə yığmalarda işləmək istəmir.
 
Deyib ki, əməkhaqqı az olduğundan və üstəlik, eyni vaxtda iki yerdə fəaliyyət göstərməyə icazə verilmədiyindən, milliyə gəlməyə razılaşanların siyahısı olduqca məhduddur. /Sportinfo.az/
Seçilən
48
4
moderator.az

5Mənbələr