AZ

"Tərtər işi" üzrə 5 nəfərə hökm oxunub

Bakı Hərbi Məhkəməsində "Tərtər işi" cinayəti üzrə 5 nəfərə hökm oxunub. 
 
Hökmə əsasən, Fuad Ağayev 13 il, Qurban Cümşüdov 4 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
Tərtər işu üzrə  321 nəfər zərərçəkmiş kimi tanınıb. 
 
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.

Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.

25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.

Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
 
Aytac Zeynalova 

www.anews.az
Seçilən
32
1
anews.az

4Mənbələr