AZ

Kişilər evdə qalarsa, Harris prezident olacaq

Demokratlardan prezidentliyə namizəd olmaq üçün mübarizə aparan ABŞ-ın vitse-prezidenti Kamala Harris Miçiqan və Pensilvaniya ştatlarında seçici dəstəyinə görə Respublikaçı Donald Trampdan öndədir. Şimali Karolina ştatında isə Tramp liderlik edir.

Publika.az xəbər verir ki, bu barədə "YouGov" tərəfindən dərc olunan məlumatlarda deyilir.

Respondentlərin 29%-i Miçiqanda Harrisi dəstəkləyib, 45%-i isə rəqibinə üstünlük verib. Pensilvaniyada respondentlərin 48%-i Harrisi, 47%-i isə Trampı dəstəkləyib.

Oktyabrın 31-də “Newsweek” ABŞ-da prezident seçkilərində səs verən qadınların sayında kəskin artım qeydə alındığını yazıb. Mənbənin sözlərinə görə, erkən səsvermədə qadınlar kişiləri üstələyir. 58 milyondan çox səsvermə bülleteninin 54%-də qadınların, 44%-də isə kişilərin imzası var. Kişilər evdə qalarsa, Harris ABŞ prezidenti olacaq. Eyni zamanda nəşr Donald Trampın tərəfdarlarının əsəbi olduğunu bildirib.

Seçilən
46
1
publika.az

2Mənbələr