AZ

Qorxulu heykəl söküldü

Yeni Zelandiyada yerli sakinləri qorxudan insan sifətli heykəl sökülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "UPI" nəşri məlumat yayıb.

Məlumata görə, son 5 ildir yerləşdiyi Vellinqton şəhər qalereyasının damından insan sifətinə malik nəhəng əlin "Kvazi" kimi tanınan heykəl sökülüb. 2016-cı ildə "Christchurch" incəsənət qalereyası tərəfindən sifariş edilən rəssam Ronnie van Hoyutun əsəri yerli sakinlər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Vellinqton Heykəltəraşlıq Fondunun sədri Jane Black bildirib ki, "Kvazi" heykəlinin sökülməsi şəhərin mənzərəsi üçün əhəmiyyətli itki olacaq.

Heykəl həftənin sonu Avstraliyaya göndəriləcək.


Müəllif: Arzu
Seçilən
133
50
teleqraf.com

10Mənbələr