AZ

Günəşdə yüksək səviyyəli partlayış baş verdi

Günəşdə ən yüksək maqnitudalı partlayış qeydə alınıb - X 2.0. Partlayış 3878 regionda baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının və Günəş Fizikası İnstitutunun saytında məlumat verilib.

“Ən yüksək dərəcəli yeni günəş partlayışı haqqında məlumat daxil olub. Partlayışın maksimal emissiyası Bakı vaxtı ilə saat 1:20-də Yerin orbiti yaxınlığında qeydə alınıb. X-şüa axınının ölçülməsinin nəticələrinə əsasən hadisəyə X2,0 balı verilib”, - məlumatda deyilir.

Alimlər qeyd ediblər ki, partlayışdan gələn əsas enerji "yan tərəfə getməlidir" və hadisənin qiyməti - X2.0 - ümumilikdə "təhlükəli görünmür". Eyni zamanda xatırladıblar ki, oktyabrın 11-də ulduzun bu aktiv mərkəzi X1.8 səviyyəli partlayışdan son 7 ildə ikinci ən güclü maqnit qasırğasını “sıxıb çıxara bilib".

Laboratoriya vurğulayıb ki, hansısa maddənin buraxıldığı səhər məlum olacaq.

Seçilən
90
7
publika.az

10Mənbələr