AZ

MİDA-dan sosial mənzil verilməsinə köməklik etmək adı ilə 19 minlik dələduzluq etdi - HÖKM

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqşin Bəşirov (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Aqşin Bəşirov zərərçəkmiş Yasəmən Məmmədovaya (şərti) özünü dövlət qurumlarının birinin əməkdaşı kimi təqdim edərək, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Yasamal lahiyəsindən 3 otaqlı güzəştli sosial mənzil verilməsinə köməklik edəcəyini yalandan vəd verib. O, 2023-cü ilin fevral ayında Bakı şəhəri ərazilərində bu yolla zərərçəkmişdən ümumilikdə 19 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, Aqşin Bəşirov zərərçəkmiş Qalib Əsədova (şərti) özünü dövlət qurumlarının birinin əməkdaşı kimi təqdim edərək, sonuncunun sosial vəziyyəti ilə bağlı dövlət tərəfindən 155 baş xırdabuynuzlu, 8 baş iribuynuzlu heyvan və 26 qutu arı verilməsinə köməklik edəcəyini yalandan vəd verib. O, 2023-cü ilin fevral-mart aylarında Abşeron rayonu ərazilərində bu yolla zərərçəkmişdən ümumilikdə 6 900 manat pulu alaraq dələduzluq edib.

 

Daha sonra o, zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədiri seçilib. 

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2024, 09:48   
Seçilən
83
50
pravda.az

10Mənbələr