AZ

Mərkəzi Bank inflyasiya proqnozlarını AÇIQLADI

Yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. 
 

Qeyd edilib ki, ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.


Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.  

Mərkəzi Bank qeyd edib ki, tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5.3 milyard ABŞ dolları, 2025-ci ilə isə 5.5 milyard ABŞ dolları olacağı gözlənilir. 

Bizim.Media

Seçilən
26
1
bizim.media

10Mənbələr