AZ

AMB-nin sədri qurumun İdarə Heyətində ediləcək dəyişikliklərə münasibət bildirib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının strategiyası çərçivəsində qarşımızaqoyulan hədəflərə nail olmaq üçün İdarə Heyətinə yeni üzvlər təyinediləcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçotdərəcəsinin müzakirəsinə həsr olunmuş mətbuat konfransındabildirib.

“Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti artıq 2 ildən çoxdur ki,3 üzvdən ibarət məhdud tərkibdə fəaliyyət göstərir. 2024-cü ilinəvvəlində elan etdiyimiz strategiyanın həyata keçirilməsi 3 nəfərüçün çətin olacaq. Qarşımızda qoyulan hədəflərə nail olmaq üçünİdarə Heyətinə yeni üzvlər təyin edilir”, — o vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarəHeyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsihaqqında” məsələ parlamentin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasınıngündəliyinə daxil edilib.

Belə ki, Toğrul Əliyev, Gülər Paşayeva, Əli Əhmədov və VüsalXəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklifedilir.

Eyni zamanda, Rəşad Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvüvəzifəsindən azad olunması təklif edilir.

Seçilən
46
az.trend.az

1Mənbələr