Payız- qış aylarında insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Gecələrin uzanması, günlərin qısalması insanlarda bəzi psixoloji dəyişikliklərə səbəb ola bilər. Payız-qış aylarında nə üçün insanlar özlərini yorğun, halsız hiss edir? Nə üçün insanlarda tükənmişlik sindiromu baş qaldırır?
Bu barədə Moderator.az-a danışan psixoloq Zeynəb Eyyubova bildirib ki, payız-qış aylarında insanlar özlərini ona görə, yorğun, halsız hiss edir ki, xoşbəxtlik hormonu olaraq bilinən və ifrazı gün ərzində artan serotonin hormonunun daha az ifraz olunur:
“Psixoloji məqamdan əvvəl nəzərə almaq lazımdır ki, payız-qış aylarında günlər qısalır, gecələr uzanır. Buna görə də istər -istəməz insanlar özlərini diskanfort hiss edə bilər. Bundan əlavə, vitamin əksikliyi insanlarda haslızlığa səbəb ola bilər. Bu gün əhalinin demək olar 85% -də “D” vitamin əksikliyi var. Eyni zamanda, qan azlığı insanlarda hasızlağa səbəb olan başlıca amildir”.
Psixoloqun sözlərinə görə, ümumi psixoloji olaraq tükənmişlik sindromu, insanların motivasiyalarının olmaması, insanların yaşadığı evdə xoşbəxt olmamaları, işlədiyi mühitdə gərginlik, hədəflərinin olmaması insanlarda psixoloji problemlərə gətirib çıxarır:
“Uzun müddət stress və narahatlığa məruz qaldıqda, insan zehni olaraq özünü yorğun hiss edə bilir. Stress və narahatlıq doğuran amillər aradan qaldırılmazsa, bu psixi və ya psixoloji yorğunluq xroniki hala çevrilə bilər. Bu vəziyyət gündəlik həyatımıza və funksionallığımıza mənfi təsir göstərir. Xroniki yorğunluqdan insanları daim halsız və yorğun hiss edə bilər. Hətta deyə bilərik ki, bu tip yorğunluq istirahətə baxmayaraq keçmir, çünki xroniki yorğunluğun altında yatan səbəb adətən fiziki deyil, psixolojidir. Gərgin iş tempi, gərgin həyat və psixoloji təzyiqlər insan sağlamlığına mənfi təsir göstərir. Bu səbəblə son illərdə tezliyi artan xəstəliklər arasında olan xroniki yorğunluq, insanın özünü daim yorğun və halsız hiss etməsi, istirahət edərkən belə özünü yaxşı hiss edə bilməməsi kimi problemlərlə ortaya çıxan bir vəziyyətdir. Bu problem bəzi xəstələrdə zaman keçdikcə daha da ağırlaşa və onların iş həyatını və hətta gündəlik həyatını sağlam şəkildə davam etdirməsinə mane olacaq səviyyəyə çata bilər. Bu səbəbdən güclü xroniki yorğunluqdan əziyyət çəkən insanlarda psixoloji və fizioloji müalicəyə ehtiyac var”.
Psixoloq qeyd edir ki, bu gün Azərbaycan gəncinə “sən, nə istəyirsən” sualını versəz , nə istəmədiklərini bilirlər, amma nə istədiklərini bilmirlər. Bax, bu əsas problemdir. Əsas məsələ bizim istədiyimizdir".
Mehin Mehmanqızı