AZ

İsrail kəşfiyyatından İran iddiası: İraq torpaqlarına hücum ediləcək

İsrail kəşfiyyatı İranın yaxın gələcəkdə İraq ərazisi vasitəsilə İsrailə hücum edə biləcəyini iddia edib. Hücumun noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş verəcəyi gözlənilirdi.

Turkustan.az xəbər verir ki, İsrailin İrandakı hərbi məntəqələrə hücumlarına Tehranın cavab hücumu təşkil edəcəyi gözlənilir.

ABŞ mərkəzli Axios xəbər saytında iki İsrail qaynağına əsaslanan xəbərdə İsrail kəşfiyyatının 5 noyabr ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi yaxın günlərdə İranın İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşdığına dair məlumat verdiyi bildirilib.

Xəbərdə İranın İraqdan çoxlu sayda pilotsuz uçuş aparatı və ballistik raket atması gözlənildiyi qeyd edilib: “Hücumun birbaşa İrandan deyil, İraqdakı iranpərəst silahlı qruplar vasitəsilə həyata keçirilməsi İranın növbəti hücumun qarşısını almaq cəhdi ola bilər”.

ABŞ-ın CNN xəbər kanalı dünən yüksək səviyyəli mənbəyə əsaslanaraq, İranın İsrailin son hücumuna "sərt" cavab verəcəyini və bunun ABŞ seçkilərindən əvvəl ediləcəyini bildirib.

İran və İsrail arasında cavab hücumları

İsrailin aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinə hücumuna cavab olaraq İran aprelin 13-də İsrailə pilotsuz təyyarə ilə hücum edib. İran həmçinin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandir müavini Abbas Nilfuruşanın öldürülməsinə qarşı oktyabrın 1-də İsrailə 180 ballistik raketlə hücum edib. 1 oktyabr hücumuna cavab olaraq İsrail oktyabrın 26-da İrandakı hərbi məntəqələri hədəf aldı və hücumda 1-i mülki, 4-ü əsgər olmaqla 5 nəfər həyatını itirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
67
21
turkustan.az

10Mənbələr