AZ

"Analıq məzuniyyətində olanda kartım anamda olub" -  Cinayət işi 

Azərbaycan Respublikası Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə,  bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Nərmin Quliyeva təqsirləndirilən Gövhər Əhmədovanın qızıdır. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Bildirib ki, N.Quliyeva Palatada daxili auditor kimi işləyib. "Mənim vəzifəm normativ hüquqi sənədlərin icrasına nəzarət edib, aylar üzrə hesabat vermək olub. İstintaqda kartımdan pul çıxarılması ilə bağlı məlumat var. Lakin, mənim bank kartım 2018-ci ildən 2022-ci ilədək nəzarətindəm kənarda istifadə olunub. Analıq məzuniyyətində olduğum müddətdə kartı anam istifadə edirdi. Həmin ildən sonra mən istifadə etmişəm".

Vəli Rəhimovun vəkili bildirib ki, Nərmin Quliyeva 2021-ci ildə müxtəlif vaxtlarda min manat və daha artıq vəsaitdə pulu bankomatdan özü çıxarıb və bunun görüntüləri ona təqdim olunub. Şahid ittihamı rədd edib.
Təqsirləndirilən Gövhər Əhmədova bildirib ki, həmin məbləği öz vəsaitindən Nərmin Quliyevaya karta göndərib və çıxarmağını xahiş edib.

Dövlət ittihamçısı şahidin təqsirləndirilən şəxs kimi sual-cavab edilməsinə etiraz edib. Bunun Azərbaycan Respublikasının Prossesual qanunvericiliyinə qarşı olduğunu bildirib.

Digər şahid Səməd Gövhər Əhmədovanın oğludur. O, Hüquq-Mühafizə orqanında işləyib. Şahid ifadəsini təsdiqləyib. Daha sonra onun ifadəsi elan olunub. İfaədə də bildirib ki, kartının istifadəsi anasında olub və vəsaitin idarə olunması ilə bağlı məlumatı olmayıb. Onun adına olan əmlakı da anası alıb. O, həmin müddətdə həqiq hərbi xidmətdə olub.

Digər şahidlərin də dindirilməsi üçün proses 13 dekabradək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

Seymur Əli

Seçilən
15
50
unikal.az

10Mənbələr