AZ

"Doğru vəd -3" - İsrailə 1000 raket atılacaq, Ali rəhbər tapşırıq verdi...

Image

İsrailin İrana son hücumlarından sonra sosial şəbəkələrdə Tehranın Təl-Əvivə cavab verəcəyi ilə bağlı paylaşımlar edilir. Bildirilir ki, əgər İran “Doğru Vəd-3” əməliyyatı adı altında ən azı 1 000 raket buraxmağa qərar verərsə, vəziyyət dəyişə bilər. Qeyd edək ki, sosial media istifadəçiləri "Doğru Vəd-2”ni İranın çəkindirici gücünün bariz nümunəsi adlandırıblar.

Belə bir vaxtda İsrail kəşfiyyatındakı mənbələrə istinadən “Axios” portalı məlumat yayıb ki, İran bir neçə gün ərzində İraq ərazisindən İsrailə böyük zərbə endirməyə hazırlaşır. Qeyd olunub ki, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərə qədər çoxlu sayda pilotsuz uçuş aparatlar və ballistik raketlərin iştirakı ilə əməliyyat keçirə bilər. Portalın məlumatına görə, İraq ərazisindən hücum İrandakı strateji hədəflərə İsrailin növbəti hücumundan qaçmaq cəhdidir. Vaşinqton administrasiyasındakı həmsöhbət nəşrə bildirib ki, ABŞ İran hakimiyyətinin yaxın vaxtlarda zərbə endirmək qərarı barədə məlumatsızdır. Bundan əvvəl CNN telekanalı da analoji bəyanatla çıxış edib: “İran İslam Respublikası sionist rejiminin təcavüzünə cavabı qətiyyətli və ağrılı olacaq" və "cavab tədbirləri, ehtimal ki, prezident seçkiləri günündən əvvəl baş verəcək". Telekanalın versiyasına görə, bu, Tehranın İsrail hücumunun ciddiliyini azaltmaq üçün ilkin strategiyasından imtina etdiyini göstərir. “Nyu York Tayms” nəşri isə üç İran rəsmisinə istinadla məlumat yayıb. Ki, İranın ali dini lideri Əli Xamenei Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib. Mənbələr bildiriblər ki, Xamenei yüksək rütbəli hərbi komandirlərin dəymiş ziyanın miqyası ilə bağlı ətraflı hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı elan edib. İddiaya görə, Xamenei dinləmələrdə deyib ki, İsrailin hücumunun miqyası, eləcə də itkilərin sayı - ən azı dörd əsgərin öldürülməsi – zərbələri gözardı etmək üçün çox böyükdür və cavab verməmək məğlubiyyəti etiraf etmək deməkdir. Mənbələr bildiriblər ki, İranın ABŞ seçkilərindən əvvəl zərbə ehtimalı daha azdır, çünki Xamenei gərginləşmədən faydalana biləcək Trampa kömək etmək istəmir. Xatırladaq ki, İsrail döyüş təyyarələri Tehranın oktyabrın 1-də İsrailə 200-dən çox raket atmasına cavab olaraq Tehran və İranın qərbi yaxınlığındakı raket zavodlarına və digər obyektlərə zərbələr endirib. İsrail İranın Semnan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun idarə etdiyi Şahrud Kosmik Mərkəzini, neft emalı və neft-kimya zavodlarını qorumaq üçün hücumları dəf edən hava hücumundan müdafiə sistemlərini, eləcə də İranın cənubundakı böyük qaz yatağı və limanını məhv edib. İran Xarici İşlər Nazirliyi  bildirib ki, Tehran İsrailin zərbələrinə cavab vermək üçün bütün imkanlardan istifadə edəcək. Bu günə qədər İsrailin İran daxilində sui-qəsdlərdə əli olduğu, iranlı alimlərin, dövlət rəsmilərinin, xaricdəki İran generallarının və ya iranpərəst qruplaşmaların məhvi ilə bağlı təcrübəsi çox idi, amma ilk dəfə birbaşa İran ərazisinə zərbələr endirildi. İsrail İrana göz dağı verdi ki, zərurət olduğu təqdirdə ABŞ və Böyük Britaniya da daxil olmaqla digər ölkələri nəzərə almadan İrana birbaşa zərbə endirmək iqtidarındadır. Bununla isə İsrail, əslində, İranı onu birbaşa hədəf seçməsindən çəkindirir. Amma belə çəkinmə də İranın üfuzunu zədələyir.

Qərb hökumətlərinin fikrincə, region üçün ən yaxşı variant həm İranın, həm də İsrailin qəhrəmanlıq hekayələrinin üstündən xətt çəkməsidir. Bu böhran İsrailin Dəməşqdəki İran diplomatik iqamətgahına hücumu ilə başlayıb və üçü general olmaqla azı 7 nəfəri öldürüb. Sonradan İran birbaşa hücumda İsraili vurdu, İsrail də öz birbaşa hücumu ilə cavab verdi. Bu, bölgədə İran və İsrail arasında uzun müddət davam edən münaqişənin oyun qaydalarındakı dəyişiklikdir. İki ölkə arasında uzun sürən gizli müharibə kölgədən çıxıb. Vəziyyət bundan sonra da xeyli pisləşə bilər. Ekspertlər qeyd edir   ki, çox şey İsrailin indi nə edəcəyindən asılıdır. Böyük Britaniyanın bankı “Standard Chartered Plc” bildirir ki, baş verənlər dünyaya siyasi və iqtisadi sahədə ciddi təsir edəcək: “Neft bazarı Yaxın Şərqdəki risklərə münasibətdə “çox tez rahatlaşıb”, ABŞ seçkilərindən sonra İsrail və İran arasında yenilənən gərginlik qiymətləri artıracaq. Biz hücumların uzun müddət davam edəcək şəkildə artma riskini görürük, hərbi və ya diplomatik həllin dərhal perspektivinin olmadığını düşünürük”. İsrailin İrana qarşı son cavab zərbəsi OPEC istehsalçısının enerji infrastrukturuna toxunmadığı üçün bazar ertəsi xam neftin qiymətləri iki ildən çox müddətdə ən böyük enişi yaşadı. Bu hədəf seçimi həm xam neft axınlarına dair dərhal risklərə dair narahatlıqları azaltdı, həm də investorların diqqətini 2025-ci ildə qlobal neft balanslarının pisləşməsi gözləntilərinə yönəltdi. “Standard Chartered”ə görə, hazırda İsrail İranda bir çox məqsədlərinə nail olmuş kimi görünmür və ABŞ seçkiləri başa çatdıqdan sonra daha geniş hərəkət imkanlarının ehtimalı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, İsraillə onun barışmaz rəqibi İran arasında ağır silahlı münaqişənin yeni, daha kəskin mərhələsi başlanıb. 

Nahid SALAYEV





Seçilən
63
21
baki-xeber.com

10Mənbələr