AZ

İran nüvə silahının yaradılması üçün texniki imkanlara malik olduğunu açıqlayıb

Tehran nüvə silahının yaradılması üçün bütün imkanlara malikdir.

“Report” xəbər verir ki, bunu İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.

“İran nüvə silahının yaradılması üçün texniki imkanlara malikdir və məsələnin məhz texniki tərəfi ilə bağlı heç bir maneə yoxdur”, – rəsmi şəxs qeyd edib və əlavə edib ki, yeganə “çəkindirici amil” İranın lideri Əli Xamenei tərəfindən verilən, İranın nüvə silahına sahib olmağa can atmayacağı barədə fətvadır.

Xərrazi deyib ki, ölkəsi hər hansı eskalasiyaya cavab verməyə hazırdır və bu baxımdan nüvə doktrinasında potensial dəyişikliklər mümkündür, xüsusilə də “ekzistensial təhdidlə” qarşılaşdıqda.

Strateji Şuranın rəhbəri həmçinin qeyd edib ki, siyasətdəki dəyişikliklər uzaqmənzilli raketlərə də aid olacaq. Xərrazi xatırladıb ki, İran “Həqiqi vəd II” əməliyyatı zamanı İsrailə yüzlərlə ballistik raket ataraq öz imkanlarını nümayiş etdirib.

Seçilən
73
50
far.az

10Mənbələr