AZ

AKTA San-Fransiskoda beynəlxalq nüfuzlu texnologiya və startap tədbirində - FOTOLAR

AKTA San-Fransiskoda beynəlxalq nüfuzlu texnologiya və startap tədbirində təmsil olunub.

Bakıvaxtı.az xəbər verir ki, cari ilin 28-30 oktyabr tarixlərində San-Fransiskoda "TechCrunch Disrupt" adlı üç günlük beynəlxalq nüfuzlu texnologiya və startap tədbiri baş tutub. Qeyd edək ki, “TechCrunch Disrupt” dünyanın ən böyük startap tədbiri hesab olunur.

Tədbir sənaye liderlərinin iştirakı ilə texnologiya sahəsində innovasiyaların və inkişaf meyllərinin müzakirə edilməsi, habelə ən öncül və parlaq startapların, investorların, texnologiya həvəskarlarının bir araya gətirilməsi məqsədi ilə təşkil edilib.

Tədbirdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilatın baş katibi Fidan Əhmədova tərəfindən təmsil olunub. 

Tədbir zamanı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan nümayəndəliyində yer alan startaplar -  "Dosty", "Adviad", "Polygraf" və "Recepta" - öz layihələrini geniş auditoriyaya təqdim ediblər. 

Tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlər də müxtəlif şirkətlər tərəfindən aktiv təmsil olunub. Habelə, texnoloji ekosistemin gücləndirilməsi, innovasiyaların stimullaşdırması və yeni əlaqələrin yaradılması üçün müxtəlif dəyirmi masalar, şəbəkələşmə tədbirləri və görüşlər təşkil olunub.

Seçilən
91
bakivaxti.az

1Mənbələr