"Gəncə" cari mövsüm Azərbaycan Basketbol Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv III turda "Ordu" ilə üz-üzə gəlib.
Oyun bölgə təmsilçisinin 82:61 hesablı qələbəsi ilə başa çatıb.
"Gəncə" ilk turda "Lənkəran"ı (90:75), II turda "Quba"nı (90:62) məğlub edib.
Qeyd edək ki, günün digər matçında "Quba" "Lənkəran"la qarşılaşacaq. Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.