AZ

ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev

“Əgər ABŞ Rusiya ilə təhlükəsizlik sazişi imzalasaydı, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdı”.

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.

“Əgər Qərb ölkələri və ilk növbədə ABŞ çeviklik nümayiş etdirsəydi və Rusiya ilə təhlükəsizlik sazişi bağlasaydı, xüsusi hərbi əməliyyat olmazdı”, - Medvedev bildirib.

Onun sözlərinə görə, Qərb hakimiyyətləri öz siyasətində ABŞ maraqlarının müstəsnalığı prinsipinə əsaslanır.
Medvedevin dediyinə görə, bu, ABŞ-ı bir gün məhv edəcək böyük səhvdir.

Seçilən
36
4
modern.az

10Mənbələr