AZ

Mustafayev sərhəddə Qriqoryana dəhlizlə bağlı nə deyib? – Detallar

“2024-cü ilin noyabr ayı Azərbaycan və Ermənistan arasında sülh yolunda iri addımların atıla biləcəyi fürsətlərlə doludur. COP29 sammiti, həmçinin Bakı və İrəvan rəsmiləri arasında intensiv olaraq ikitərəfli görüşlərin keçirilməsi kimi məsələlər sülh yolunda atılacaq iri addımlar hesab olunacaq. Cənubi Qafqazın dayanıqlı inkişafı və daimi sülh üçün bu fürsətlərdən maksimum istifadə etmək lazımdır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Elvin Baxşalızadə ötən gün Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında sərhədd keçirilən görüşə münasibət bildirərəkən deyib.

O bildirib ki, görüşün əsas yaddaqalan məqamı bu ilin 30 avqustunda imzalanmış əsasnamənin 7-ci maddəsi ilə bağlı aparılan müzakirələr oldu:

“Hər iki tərəf əsasnamənin 2024-cü ilin noyabrın 1-dən qüvvəyə mindiyini təsdiqlədi. Bundan başqa delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatlardan ibarət layihələrini ətraflı şəkildə müzakirə etdilər.

Görüşdə qeydə alınan növbəti müsbət məqam isə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın həm də nəqliyyat kommunikasiyaları məsələlərini gündəmə gətirməsi oldu. Fikrimcə, burada Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı məsələni xüsusilə qabartmağa çalışıb. Bunun həlli digər bir çox ikitərəfli problemin də çözümünə yol açacaq.

Sonda tərəflər növbəti görüşün keçirilməsi və tarixi ilə bağlı razılığa gəliblər”.

Seçilən
36
turkustan.az

1Mənbələr