AZ

“Azərreyl” və “Xilasedici”dən qələbə

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kişi voleybolçular arasında təşkil olunan ölkə kubokunda yarımfinal oyunları keçirilib.

Apasport.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq “Azərreyl” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər.

Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. “Azərreyl” 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Günün növbəti qarşılaşması isə “Neftçi” və “Xilasedici” komandaları arasında olub. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn “Xilasedici” finala vəsiqə qazanıb.

Noyabrın 4-də finalda “Azərreyl” və “Xilasedici” komandaları üz-üzə gələcəklər.

Ölkə kuboku

Kişilər

Yarımfinal

“Azərreyl” - “Murov Az Terminal” - 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13)

“Neftçi” - “Xilasedici” - 1:3 (22:25, 25:22, 17:25, 23:25)

“Azərreyl” və “Xilasedici”dən qələbə

“Gəncə” və “Abşeron”dan qələbə

“Gəncə” və “Abşeron”dan qələbə

AVF hakimlər üçün seminar təşkil edib

Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub

Seçilən
31
3
apasport.az

4Mənbələr