Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B liqasının 5-ci qrupunda yer alan U-17 Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamız ilk görüşdə Serbiyaya 0:10 ilə uduzub.