AZ

"Yunayted"in yeni baş məşqçisi öz təyinatından DANIŞDI

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim öz təyinatı və transfer planları haqda danışıb.

Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o, deyib:

"Bəzi insanlar deyirlər ki, bura pula görə gəlmişəm. Amma digər klublar mənə 3 dəfə çox pul verirdilər, mən razılaşmadım. Çünki istədiyim klub "Mançester Yunayted" idi"

39 yaşlı mütəxəssis sabiq komandası "Sportinq"dən qış transfer pəncərəsində heç kimi gətirmək istəmədiyini bildirib: "Yanvarda "Sportinq"dın heç bir oyunçunu transfer etməyəcəm.

Orada keçirdiyim illər həyatımın ən yaxşı illəri idi və bunu yaddan çıxarmayacam".

Xatırladaq ki, "Mançester Yunayted" Erik Ten Haqı istefaya göndərdikdən sonra Ruben Amorimlə 2027-ci ilə qədər müqavilə imzalayıb. Mançester təmsilçisi 9 turdan sonra turnir cədvəlində 11 xalla 13-cü yerdədir.

Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr