AZ

Legioner həyatı yaşayan azərbaycanlı: "Ümid edirəm ki, millidən yenə dəvət gələcək"

"Təbii ki, hazırkı durumdan razı deyilik. Nəzərə alsaq ki, son mövsümün həm çempionu, həm də kubokun qalibiyik. Son turda "Laçi"yə uduzduq və hazırda komanda 5-ci pillədədir. Buna baxmayaraq bizim hədəfimiz yalnız çempionluqdur. Düzdür, mövsüm hələ uzundur. Qarşıda oyunlar çoxdur. Məqsədimizə çatmaq üçün mübarizə aparacağıq. Bu gün "Tirana" ilə qarşılaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq və yenidən istədiyimiz pillələrə yüksələk".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Eqnatiya"nın azərbaycanlı futbolçusu Zamiq Əliyev deyib. O, komandasının Albaniya çempionatında 11 turdan sonra 5-ci pillədə qərarlaşmasına münasibət bildirib. 

Bununla yanaşı, Əliyev milliyə yenidən cəlb olunmaq istədiyini söyləyib: "Bəli, ilk dəfə idi ki, milli komandaya cəlb olunurdum. Hamı məni çox isti qarşılamışdılar. Çox futbolçu ilə komanda yoldaşı da olmuşduq. Atmosfer yaxşı idi. Çox istəyərdim ki, iki oyunda da xal qazanaq. Alınmadı. Allah qoysa, qarşıdakı iki oyunda istədiyimiz altı xalı qazanmaq bizə qismət olar. Ümid edirəm ki, milli komandadan yenə dəvət gələcək. Çünki millidə olmaq mənim üçün çox qürurvericidir. Millinin formasını geyinmək ən böyük arzularımdan biridir. İnanıram ki, uzun illər milliyə xidmət edəcəm".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
47
sportal.az

1Mənbələr