AZ

Azərbaycana qarşı yeni silahlanma prosesi gedir -  Fariz İsmayılzadə

“44 günlük zəfərimiz çox dairələri qıcıqlandırıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın torpaqları işğal altında olanda da, azad olunanda da bizə qarşı sanksiyalar, təzyiqlər olub:

“Bunu analiz etsək, görə bilərik ki, burada birinci amil erməni lobbisidir. Amma tək erməni lobbisi əsas faktor deyil. Burada din amili də böyük rol oynayır”.

F.İsmayılzadə qeyd edib ki, bunların nəticəsinin 1-ci odur ki, Cənubi Qafqazda yeni sərhədlər, yeni təsir dairləri formalaşır və ged-gedə Ermənistan özünü Avropanın sevimli uşağı kimi göstərməyə çalışır,
Azərbaycan Avropadan qıraqda qalır və təcrid olunur ki, Cənubi Qafqazda yeni “Berlin divarı” formalaşır.

“İkinci nəticə odur ki, Azərbaycana qarşı yeni silahlanma prosesi gedir ki, biz yeni hücumlarla qarşı-qarşıya qala bilirik”.

Həmçinin nəzərə çatdırıb ki, bizim bank sisteminə, enerji infrastrukturuna ümumiyyətlə cəmiyyətimizə qarşı hibertəhlükəsizlik problemləri yaranır.

Mina Mikayılova

Seçilən
32
bakivaxti.az

1Mənbələr